İran Silahlı Qüvvələri ölkənin cənub-qərbində ABŞ-yə məxsus bunkerləri dağıtmaq üçün istifadə olunan raketi vurduğunu iddia edir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, sursat İranın Lende şəhəri üzərində zərərsizləşdirilib. Raketin hansı konkret növə aid olduğu isə hələlik açıqlanmayıb.