"Vaşinqtonun öz vədlərinə xilaf çıxacağı ehtimalı nəzərə alınaraq, Tehran əvvəlcədən düşünülmüş ehtiyat planlarının heç birindən vaz keçməyib".
Oxu.Az xəbər verir ki, bunu İran İslam Respublikasının neft naziri Möhsün Paknejad bildirib.
İslam Respublikasının neft naziri Möhsün Paknejad bəyan edib:
"ABŞ Maliyyə Nazirliyinin iyun ayında verdiyi və İranın neft sektoruna qarşı ABŞ sanksiyalarını zəiflədən ümumi lisenziyanın qüvvədən düşməsinə baxmayaraq, İran hakimiyyəti neft ixracını davam etdirir.
Neft Nazirliyi artıq uzun illərdir ki, ABŞ-nin ədalətsiz sanksiyalarının nəticələrini neytrallaşdırmağa imkan verən zəruri mexanizmləri qurur. Neftin fasiləsiz ixracını təmin etmək üçün nəzərdə tutulmuş mexanizmlər fəaliyyətdə olduğu üçün, İran neftinin ixracı əvvəlki rejimdə davam edir".
Xatırladaq ki, iyulun 7-də ABŞ-nin Maliyyə Nazirliyi iyunda təsdiqlənmiş və avqustun 21-dək İranın neft sənayesinə qarşı məhdudiyyətləri yüngülləşdirən ümumi lisenziyanı ləğv edərək, sözügedən sektorda yeni maliyyə əməliyyatlarının aparılmasına qadağa qoyub.