İranın cənubunda yerləşən Keşm adası üzərində ABŞ Silahlı Qüvvələrinə məxsus "MQ-1" tipli pilotsuz uçuş aparatı (PUA) vurulub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
Bildirilib ki, PUA SEPAH-ın Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiə sistemləri tərəfindən izlənilərək zərərsizləşdirilib.
Qeyd edək ki, İran tərəfinin məlumatına görə, bu, ölkənin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan 17-ci "MQ-1" tipli PUA-dır.