"İsrailin Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəyə hücumu İranın statusuna vurulan şillə oldu".
Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə iranlı siyasətçi, ölkə prezidenti Məsud Pezeşkianın kampaniyasının lideri Əli Əkbər Behmaneş "The New York Times"a bildirib.
O, əlavə edib ki, Haniyə İranda olarkən həyata keçirilən hücum "ölkəni alçaldıb" və onun bütün təhlükəsizlik aparatını sıradan çıxarıb. Bundan əlavə, siyasətçinin fikrincə, baş verənlər Tehranın "kəşfiyyatında ciddi boşluqların olduğunu" göstərib.