İran hakimiyyəti İslam Respublikasının yaradıcılarından birinin oğlunu həbs edərək zindana göndərib. Səbəb isə onun Ayətullah Ruhulla Xomeyniyə qarşı çıxışı olub.
Oxu.Az bu barədə Rosbalt-a istinadən xəbər verir.
Əhməd Montaziri milli təhlükəsizliyə təhdiddə günahkar bilinib, o, 1988-ci ildə Xomeyninin əmri ilə siyasi dustaqların kütləvi edamına qarşı çıxış edən atası Ayətullah Huseyn-Əli Montazerinin çıxışının audioyazısını yayıb.
Montazeri-kiçik ruhanidir, o, noyabrda 21 illik cəza alıb. Məhkəmə onun cəzasını sonradan 6 ilə qədər azaldıb, bu barədə “Azadlıq” radiosu məlumat yayıb.
N.O.
www.oxu.az