“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının III iclasının keçirilməsi Azərbaycan üçün önəmli bir hadisədir”.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu bugünkü mətbuat konfransında Energetika naziri Natiq Əliyev deyib.
Onun sözlərinə görə, bu gün Avropa ölkələrinin gözü Azərbaycandadır:
“Cənub Qaz Dəhlizi” layihəsi prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılır. Layihənin reallaşdırılmasına bir neçə il öncə başlanılıb.
Dünya iqtisadiyyatında maliyyə böhranın müşahidə edildiyi bir vaxtda bu layihənin həyata keçirilməsi böyük səy tələb edir. Eyni zamanda mövcud vəziyyət tələb edir ki, səylər birləşdirilsin”.
U.A.