İranın OPEK xətti üzrə nümayəndəsi Mehdi Əsəli bildirib ki, ölkəsi sanksiyaların götürülməsindən sonra neft hasilatını məhdudlaşdırmaq niyyətində deyil, Oxu.Az RNS-ə istinadən xəbər verir.
Dekabrda İran neftin sanksiyalaraqədərki hasilat səviyyəsinə çıxmağı prioritet adlandırmışdı. Əsəli ölkəsinin qarşıya qoyulan hədəfə çatmaq üçün bütün imkanlara sahib olduğunu təsdiqləyib.
O, həmçinin İranın neft ixracını sutkada 2 milyon barelədək artırmağı planlaşdırdığını bildirib.