İran ordusu enişmiqyaslı hərbi təlimlər zamanı ABŞ ordusuna məxsus gəmini yüzlərlə raket zərbəsi ilə məhv edib.
Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, İran ordusunun genişmiqyaslı hərbi təlimləri Hörmüz boğazı və Bəsrə körfəzində keçirilir.
“Uca Peyğəmbər” adlı təlimlərin ilk günüdə şərti hədəf kimi ABŞ Ordusuna məxsus gəmi göstərilib. İran donanması isə yüzlərlə raket zərbələri ilə düşmən hərbi gəmisini zərərsizləşdirərək batırıb.
ABŞ gəmisi helikopterdən açılan atəşlə də vurulub.
Təlimlər zamanı onlarla hərbi gəmi 10 dəqiqəyə böyük bir əraziyə mina döşəyib.