Gürcüstan Prezidenti Administrasiyası Kiyevdə dövlət başçısı Georgi Marqvelaşvili və eks-prezident Mixeil Saakaşvilinin görüşməsi ilə bağlı məlumatı böhtan adlandırıb.
Oxu.Az xəbər verir ki, Administrasiyadan Trend-ə bildiriblər ki, M.Saakaşvili və G.Marqvelaşvili Kiyevdə görüşə bilməzdilər, çünki həmin günlərdə M.Saakaşvili Vaşinqtonda olub.
Qeyd edək ki, Gürcüstanın “Aliya” qəzeti Kiyevdə eks-prezident M.Saakaşvili və indiki Prezident G.Marqvelaşvilinin Kiyevdə gizli görüş keçirdiyi barədə məlumat yaymışdı.
G.Marqvelaşvili Kiyevdə “Ləyaqət marşı”nda iştirak edib.