Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İran öz proksi qüvvələrinə ABŞ və müttəfiqlərinə qarşı təxribatdan çəkinməyi əmr etdi
İran öz proksi qüvvələrinə ABŞ və ya regional müttəfiqləri tərəfindən təcavüzkar kimi qiymətləndirilə biləcək təxribatçı hərəkətlərdən çəkinməyi əmr edib. Səbəbi Trampın Ağ Evə qayıtmasından sonra Tehranın ekzistensial təhlükədən narahatlığıdır.
Bu barədə "Azad İran" "Telegram" kanalı "The Telegraph"a istinadla xəbər verib.
Mümkün sui-qəsdlərdən qorxu o qədər böyükdür ki, İranın Ali Lideri Əli Xamenei keçən həftəsonu Tehranda güllələnən iki hakimin dəfn mərasimində zirehli gödəkçədə görünüb. Mənbələr bildirir ki, İranmeyilli qüvvələrə birbaşa ABŞ obyektlərinə hücum etməmək, əgər hücum etsələr, İran silahlarından istifadə etməmək əmri verilib.
Tehran həmçinin uzunmüddətli müttəfiqi olan Rusiyadan dəstək axtarır. Mövcud məlumatlara görə, İran Prezidenti Məsud Pezeşkian yanvarın 17-də Vladimir Putin ilə görüşü zamanı Rusiya hava hücumundan müdafiə sistemlərinin İrana tədarükü məsələsində israr edib.
"ABŞ-İran münasibətləri" teqi üzrə xəbərlər
- Trampın administrasiyası: "İranla bağlı qərar qəbul etmək lazımdır"
- KİV: "Trampın komandası İrana qarşı yeni sanksiyalar və hücum variantları üzərində düşünür"
- Ağ Evdəki gizli görüşün TƏFƏRRÜATI: Bayden İranın nüvə obyektlərinə zərbə endirəcək?
- İranın ali rəhbəri Suriya ilə bağlı proqnozunu açıqlayıb
- Antoni Blinkendən İranla bağlı sensasiyalı bəyanat
Rəylər