Tehran Rusiyadan T-90 tanklarını almayacaq, bu barədə çərşənbə axşamı İranın quru qoşunları komandanı Əhməd Reza Purdastan bəyan edib, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
2015-ci ilin dekabr ayının əvvəlində, İranın öz ekspertlərini T-90 tanklarının alınmasına dair razılaşmanın imzalanması üçün Rusiyaya göndərməyə hazır olduğuna dair Tasnim agentliyi Purdastana istinadən məlumat yayıb.
“Biz İranın Silahlı Qüvvələrinin Baş Qərargahına T-90 tanklarının maraq dairəmizə daxil olduğunu bildirdik. Amma İranın imkanlarını nəzərə alaraq T-90 tanklarının alınmasına dair məsələ gündəmdən çıxarılıb. Biz öz tanklarımızı istehsal etməyə hazırlaşırıq”, - Mehr agentliyi Purdastanın sözlərini sitata gətirir.
2015-ci ilin noyabr ayının sonunda İranın RF-dəki səfiri Mehdi Sanai bildirib ki, RF hakimiyyəti Moskva və Tehran arasında bağlanmış yeni müqavilə çərçivəsində İrana S-300 raket komplekslərinin tədarükünə başlayıb.