Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İran parlamentinin rəsmisi: "Rusiya İrana "S-400" və "Su-35" verməyə hazırdır"
İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əhməd Bəxşayeş Ərdəstani "Doğru Vəd-2" əməliyyatından sonra Rusiyanın İrana "S-400" zenit-raket kompleksi və "Su-35" qırıcıları verəcəyi ilə bağlı açıqlama verib.
"Azad İran" "Telegram" kanalı bu barədə İran mətbuatına istinadən xəbər verib.
"ABŞ-nin İsrailin arxasında dayandığını və Ukrayna müharibəsindən sonra Rusiya ilə Amerika arasında qarşıdurma yarandığını nəzərə alaraq düşünürəm ki, ümumi vəziyyət rusların İrana "S-400" Hava Hücumundan Müdafiə Sistemləri və "Su-35" qırıcıları çatdırmaq üzrə öhdəliklərini yerinə yetirməyə hazır olduqları istiqamətə doğru dəyişib", - deyə İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü vurğulayıb.
Onun sözlərinə görə, Rusiya Suriya müharibəsində dəfələrlə İran və ona bağlı qüvvələrlə əməkdaşlıq edib və öz hava qüvvələri ilə SEPAH-a bağlı proksi qruplarını dəstəkləyib. Bu səbəbdən, rusların yaxın vaxtlarda İrana "Su-35" qırıcılarını verməsi istisna edilmir. Millət vəkili qeyd edib ki, İran-Rusiya ittifaqı taktiki deyil, strateji ittifaqdır.
"İran" teqi üzrə xəbərlər
- Xamenei: "Hizbullah", husilər, HƏMAS və "İslami Cihad" İranı təmsil etmirlər"
- İranda rusiyalı sürücü öldürülüb
- İrandan ölkə valyutası ilə bağlı qərar: Əsginaslardan dörd sıfır silinəcək
- İranda dəhşətli qəza: Sərnişinlərlə dolu avtobus dərəyə aşdı
- İranın 20-yə yaxın əyalətinə əfqanların girişi qadağan edildi
Rəylər