Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bərdədə azyaşlı qızına qarşı fiziki zorakılıq edən ata CƏZALANDIRILDI
Bərdədə azyaşlı qızın atası A.Hüseynov tərəfindən döyülməsi ilə bağlı ekspertizanın rəyindən sonra İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, protokol tərtib olunub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Qeyd olunub ki, gələcəkdə bu cür halların baş verməməsi üçün azyaşlı polis əməkdaşları tərəfindən profilaktik nəzarətə götürülüb.
Xatırladaq ki, Bərdədə atanın dörd yaşlı qızına spirtli içki içirərək görüntülərini sosial şəbəkələrdə paylaşdığı iddia olunub. Bununla yanaşı, qızı ilə paylaşdığı şəklinin altına "Tezliklə ata-bala bir məzarda yatacağıq" sözlərini yazıb. Bərdə rayon sakini Ülviyyə Cəfərova azyaşlı qızının keçmiş həyat yoldaşı A.Hüseynov tərəfindən döyülməsi ilə bağlı Bərdə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.
Ana bildirib ki, A.Hüseynovla 2018-ci ildə ailə həyatı qurub. 2019-cu ildə isə bir qız övladları doğulub. 2020-ci ildə maddi problemlər səbəbindən boşanıblar. Məhkəmə dörd yaşlı qızın anada qalmasına, həftəsonları isə atası ilə görüşməsinə dair qərar verib. Bütün problemlər isə, ananın iddiasına görə, ata ilə qızının görüşlərindən sonra başlayıb. Belə ki, keçmiş həyat yoldaşı qadına zəng edərək "aparım qızı Qarabağ kanalına atım, ölsün?" - deyə anaya hədə-qorxu gəlib.
Azyaşlının atası A.Hüseynov məsələ ilə bağlı bütün iddiaları təkzib edib.
Məhərrəm Əliyev
Rəylər