"Səhər saatlarında bəzi gecikmələrin baş verməsinin əsas səbəbi yağışlı hava şəraiti ilə əlaqədar olub".
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq "Baku Bus" MMC-nin Mətbuat Xidmətindən verilib.
Qeyd olunub ki, yağışlı hava şəraiti səbəbindən avtobuslar nəzərdə tutulan sürətdən daha aşağı sürətlə hərəkət edib ki, bu da intervalın müvəqqəti olaraq uzanmasına səbəb olub.
"Bakı-Sumqayıt ekspres marşrut xətti üzrə fəaliyyət göstərən 15 "Neoplan" markalı avtobus hazırda öz təyin olunmuş qrafikinə uyğun şəkildə fəaliyyət göstərir. Avtobuslar normal saatlarda 10-11, pik saatlarda 7-8 dəqiqə intervalla hərəkət edir və avtobusların sayında hər hansı azalma qeydə alınmayıb.
Sərnişinlərimizdən bu vəziyyəti anlayışla qarşılamalarını xahiş edir, yaranan narahatlığa görə bütün sərnişinlərimizdən üzr istəyirik",- deyə məlumatda qeyd olunur.
Sumqayıtdan Bakı, Bakıdan Sumqayıt istiqamətində hərəkət edən ekspres avtobuslarda gecikmə qeydə alınıb.
Bununla bağlı Oxu.Az-a sərnişinlər məlumat verib.
Qeyd olunub ki, Sumqayıt avtovağzalında insanlar avtobus tapmaqda çətinlik çəkirlər.
"Normalda hər iki dayanacaqdan 10 dəqiqədən bir çıxmalı olan ekspers avtobuslar 20 dəqiqədən çoxdur ki, yoxdurlar. İşə getməli olan insanlar yağışın altında qalıblar",- deyə şikayətçi bildirib.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.
Əzizə İsmayılova
Rəylər