Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İran prezidenti Xameneyini cavab zərbəsindən imtina etməyə çağırıb
İranın yeni prezidenti Məsud Pezeşkian ölkənin ali dini lideri Ayətullah Əli Xameneyini İsrailə qarşı cavab zərbəsini dayandırmağa çağırıb, çünki bu, İranın özü üçün dağıdıcı nəticələrə səbəb ola bilər.
Oxu.Az xəbər verir ki, bu barədə Londondan farsca yayımlanan "İran İnternational" telekanalı məlumat yayıb.
Bildirilib ki, Xameneyi ilə görüşdə Pezeşkian xəbərdarlıq edib ki, İsrailin İranın hücumuna dərhal milli infrastruktur və enerji obyektlərinə hücumlar şəklində cavab vermək qərarı ölkə iqtisadiyyatını iflic vəziyyətinə sala bilər.
Pezeşkian həmçinin, SEPAH (İran İnqilab Keçikçiləri Korpusu) generallarının döyüşkən ritorikaları ilə İranı arzuolunmaz müharibəyə sürükləyə biləcəyindən ehtiyat etdiyini bildirib.
Xameneyi öz nöqteyi-nəzərini bildirmədən prezidentin arqumentlərini dinləyib.
Rəylər