İran Rusiya ilə dəmir yolları sahəsində və dörd istilik stansiyasının inşaatına dair Rusiya tərəfindən kredit şəklində ayrılan 2,2 milyard dollara müqavilə imzalayıb.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Mehdi Sanai bildirib.
“Dünən İranın iqtisadiyyat nazirinin müavini cənab (Muhamməd) Xazai burada idi. Onlar iki layihənin maliyyələşdirilməsinə dair sənəd imzalayıblar – müqavilələrdən biri dəmir yolları, digəri isə dörd istilik stansiyasının inşaatına dair idi”, - “İran sanksiyaların ləğvindən sonra” konfransında bildirib.
İrana 2,2 milyard dollar məbləğində kreditin ayrılmasını 2015-ci ilin dekabrında Rusiyanın baş nazirinin birinci müavini İqor Şuvalov bildirmişdi.
Daha öncə Rusiya və İran təxminən 40 milyard dollar məbləğində müqavilələri, o cümlədən də AES inşaatına dair müqaviləni nəzərdən keçriblər. İranın ali liderinin müşaviri Əli Əkbər Velayətinin sözlərinə görə, müqavilələr Buşerdə ikinci və üçüncü nüvə reaktoruna, eləcə də İranın dəmir yol şəbəkəsinin inkişafına aiddir.
Ekspertlər İranın qərb sanksiyalarının ləğvindən sonra infrastrukturun və iqtisadiyyatın bərpa edilməsində maraqlıdır, ABŞ və Aİ ilə münasibətləri inkişf etdirməklə yanaşı, Rusiyanın timsalında mühüm tərəfdaşı görməyə hazırdır.