Sumqayıtda oğurluq hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Cavid Musayevin evindən 4 350 ABŞ dolları, 2 650 manat və qızıl əşyalar oğurlayan bacısı Cəmilə və İsmayıllı rayon sakini Rasim Əsgərli tutulub.
Faktla bağlı araşdırma aparılır.