Fevralın 9-da paytaxtın Nəsimi rayonu ərazisində naməlum şəxs Lənkəran rayon sakini Elza Kərimovanın içərisində pul və sənədləri olan pul kisəsini açıq talama yolu ilə alıb.
Bu barədə Oxu.Az DİN-in mətbuat xidmətinə istinadən verdiyi xəbər verir.
Məlumata görə, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Göyçay rayon sakini Şahin Mikayılov tutulub.