İran İsrailə qarşı yeni raket buraxılışları həyata keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Məlumata görə, zərbələr Təl-Əviv və Hayfaya endirilib.
Raketlərin Ben-Qurion hava limanına, "Rafael" silah istehsalı zavoduna düşdüyü bildirilir.
İran İsrail ərazisinə yeni raket zərbələri endirib.
Oxu.Az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Ballistik raketlərin Təl-Əviv, Aşkelon və Hayfadakı hədəfləri vurduğu bildirilir.
Məlumatı İsrail ordusu (SAXAL) da təsdiq edib. İrandan gələn raketlərin əksəriyyətinin zərərsizləşdirildiyi bildirilib.