Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İran XİN: "ABŞ bunu qiymətləndirməlidir"
Birləşmiş Ştatlar Vaşinqtonun Tehrana qarşı davam edən aqressiv ritorikasına baxmayaraq, İranın danışıqlara razılıq verməsini qiymətləndirməlidir.
Oxu.Az xəbər verir ki, bu fikirləri özünün "X" səhifəsində İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai yazıb.
"Tam ciddilik və aşkar ehtiyatla biz diplomatiyaya real şans veririk. Birləşmiş Ştatlar öz tərəfində həyata keçirilən aqressiv ritorikaya baxmayaraq qəbul edilmiş bu qərarı yüksək qiymətləndirməlidir. Biz qabaqdan gəlmişlik etmirik, proqnoz vermirik", - deyə İsmayıl Bəqai qeyd edib.
"İran" teqi üzrə xəbərlər
Ən çox oxunanlar