"İranın ABŞ-nin Əl-Udeyd bazasına endirdiyi zərbə özünümüdafiə aktı idi və İrana dost ölkə olan Qətərə qarşı yönəlməyib".
Oxu.Az-ın xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai "X" hesabında yazıb.
"İranın ABŞ-nin Əl-Udeyd hərbi bazasına hərbi zərbələri 22 iyun 2025-ci ildə ABŞ-nin İranın ərazi bütövlüyü və suverenliyinə qarşı əsassız təcavüzünə cavab olaraq BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun şəkildə özünümüdafiə məqsədilə həyata keçirilib. Bu özünümüdafiə aktı dost qonşumuz Qətərə qarşı yönəlməmişdi, çünki bizim uzun tarixə malik əla münasibətlərimiz var", - deyə diplomat qeyd edib.