"İran Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlığını davam etdirir və gələcəkdə agentliyin müfəttişlərinin ölkəyə qayıda biləcəyini istisna etmir".
Oxu.Az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı "Fox News" telekanalına müsahibəsində bildirib.
"Biz onlarla işləməyə davam edirik, bizə yeni iş qaydaları lazımdır, çünki obyektlər dağıdılıb", - deyə A.Əraqçı bildirib.
A.Əraqçı vurğulayıb ki, hər bir qurumun İranın nüvə obyektlərinə baş çəkməklə bağlı müraciətinə ayrıca baxılacaq:
"Təhlükəsizlik məsələlərinə görə, müraciət Ali Milli Təhlükəsizlik Şurası tərəfindən diqqətlə nəzərdən keçirilməlidir".