Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İran XİN: "Suriyadakı terrorçular ABŞ ilə koordinasiyada hərəkət edirlər"
"Noyabrın 27-də Suriyanın şimalında fəallaşan terrorçu qruplaşmalar ABŞ ilə koordinasiyalı şəkildə hərəkət edir".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi mətbuat konfransında deyib.
"ABŞ tərəfindən yanlış hesablamalar və bəzi ərazilərin işğalı səbəbindən bu qaranlıq ləkələr bundan əvvəl də Suriya ərazisində olub. Bunun (Suriyanın şimalında terrorçuların hücuma keçməsi - red.) Livanda atəşkəs ilə eyni vaxta təsadüf etməsi və ABŞ səlahiyyətlilərinin bu terrorçu qruplaşmalar tərəfindən heç bir təhlükə hiss etmədikləri barədə bəyanatları onu göstərir ki, bu terrorçular və ABŞ arasında koordinasiya var", - deyə Bəqayi bildirib.
"İran XİN" teqi üzrə xəbərlər
- İran XİN: "Yaxın vaxtlarda Zəngəzur dəhlizi ilə bağlı danışıqlar üçün Türkiyəyə səfər edəcəyik"
- İran XİN Azərbaycana başsağlığı verib
- İranın xarici işlər nazirinin müavini TƏHDİD ETDİ: Edam hökmü verilə bilər
- Abbas Əraqçi: "İran Suriyaya qoşun göndərə bilər"
- İran XİN: "Ermənistanla mümkün qədər əlaqələri genişləndirməyə hazırıq"
Rəylər