Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İran XİN: "Trampdan heç bir məktub almamışıq"
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai rəsmi Tehranın ABŞ Prezidenti Donald Trampdan heç bir məktub almadığını açıqlayıb.
Oxu.Az IRNA-ya istinadən xəbər verir ki, bu barədə İsmayıl Bəqai jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.
"Bir daha vurğulamaq istəyirəm: İran İslam Respublikası heç vaxt danışıqlar üçün qapını bağlamayıb. Bununla belə, biz təhdid və hədə-qorxu əsasında danışıq aparmırıq, prinsipcə, bu, heç danışıq da adlandırıla bilməz", - deyə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
İsmayıl Bəqai əlavə edib ki, İran Rusiya və Çinlə Tehranın nüvə proqramı problemini müzakirə edir.
"İran" teqi üzrə xəbərlər
- "Haber Global"da Tehranla Vaşinqton arasındakı nüvə gərginliyi müzakirə edilib
- Ermənistanın Araz çayını çirkləndirməsi Tehranla İrəvan arasında ekoloji gərginlik yarada bilər
- İsveçlə İran arasında diplomatik gərginlik: Səfir XİN-ə çağırıldı
- İranda Kəşfiyyat İdarəsinin rəis müavini qətlə yetirildi
- İran, Çin və Rusiyanın birgə hərbi dəniz təlimləri başlayıb