ABŞ-ın “Washington Post” qəzetinin müxbiri Ceyson Rezayan və onun həyat yoldaşı Tehranda saxlanılıblar, mətbu orqan yazıb.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, 38 yaşlı Rezayan Tehranda 2012-ci ildən çalışır və ikili Amerika-İran vətəndaşlığına sahibdir.
“Washington Post”un müxbiri və onun həyat yoldaşı çərşənbə axşamı nəzarət altına alınıblar, qəzet yazır. Onlarla yanaşı iki amerikalı fotoqraf da saxlanılıb.
Qeyd edək ki, Qərb mətbuatının əməkdaşları, o cümlədən də BBC müxbirləri İranda baş verən hadisələri işıqlandırarkən iddi maneələrlə rastlaşırlar: onlar təqibə məruz qalır və saxlanılırlar.