Amsterdamdan Kuala-Lumpura uçan “Boeing”in qurbanlarından birinin valideynləri Avstraliyadan Ukraynaya yola düşməyi qərara alıblar. Onların sözlərinə görə, aviaqəzadan sonra sağ qalan qızlarını axtarmağa gedirlər.
Oxu.Az xəbər verir ki, bu barədə Agence France-Presse bildirib.
Corc və Anjela Dayçinskilərin yeganə qızı Fatimə, iyul ayının 17-də Donetskdə qəzaya uğrayan Malaysia Airlines təyyarəsində olub. Qəza nəticəsində 298 nəfər həlak olub.
“Biz düşünürük ki, o, sağdır, ona görə də Donetskə uçuruq və onu tapacayıq”, - 25 yaşlı alimin atası bəyan edib.
Onun fikrincə qadın təyyarədən kreslo ilə birlikdə bayıra atıla bilərdi, bu isə enmənin müəyyən qədər yumşaq olmasını təmin edə bilərdi, havanın aşağı temperaturu isə beyini partlayışın istiliyinin təsirindən qoruya bilər.
“Heç kim sağ qalanlar haqqında danışmır, bunun üçün isə səbəb olmalıdır. Sağ qalanların olması haqqında bir sıra sübut var”, - o deyib.
Fatimənin valideynləri artıq Kiyevdədirlər, amma Donetsk vilayətində gedən hərbi əməliyyatlar haqqında xəbərlərdən narahatdırlar.