Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bayden: Təyyarəni separatçılar vurub
ABŞ vitse-prezidenti Cozef Bayden Malayziyaya məxsus “Boeing-777” sərnişin təyyarəsinin Rusiya tərəfindən dəstəklənən separatçıların tam nəzarəti altında olan ərazidən vurulduğunu təsdiqləyən sübutların olduğunu təsdiqləyib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, o, bunu Ukrayna prezidenti Pyotr Poroşenko ilə telefon danışığı zamanı bildirib.
Cozef Bayden və Pyotr Poroşenko BMT Təhlükəsizlik Şurasının təcili iclasının nəticələrini müzakirə ediblər. Poroşenko Vaşinqtonun Ukraynaya verdiyi ardıcıl dəstəyə görə ABŞ-a minnətdarlığını bildirib.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar