İranda Dəmavənd-Firuzkuh yolunda sərnişin avtobusu dərəyə aşıb. Qəza nəticəsində azı dörd nəfər həlak olub, 20-yə yaxın sərnişin isə yaralanıb.
Oxu.Az bu barədə "Asre Iran"a istinadla xəbər verir.
Bildirilir ki, yaralıların bir qismi avtobusda sıxılmış vəziyyətdə qalıb. Hazırda hadisə yerində xilasetmə əməliyyatları davam edir.