Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İranda epidemiya səbəbindən estetik əməliyyatların həyata keçirilməsi qadağan edildi
İranda koronavirusa yoluxanların sayının durmadan artması ilə Səhiyyə Nazirliyi xəstəxana çarpayılarından “əlverişli istifadə etmək” zərurəti ilə əlaqədar ölkədə estetik əməliyyatların həyata keçirilməsinin müvəqqəti qadağan edildiyini açıqlayıb.
Bu barədə İran Səhiyyə nazirinin müavini Qasim Canababayi “Mehr” informasiya agentliyinə məlumat verib.
O, İranda bütün tibb universitetlərinin rektorlarına ünvanladığı məktubda qeyd edib:
“COVID-19 epidemiyasına yoluxan xəstələrin sayının artması və xəstəxana çarpayılarından daha vacib xəstələr üçün istifadə etmək zərurəti ilə əlaqədar, sırf estetik və qeyri-terapevtik cərrahiyyə əməliyyatlarının həyata keçirilməsi müvəqqəti qadağandır”.
Son həftələrdə İranın müxtəlif bölgələrində koronavirusa yoluxma və ölüm hallarının sayı xeyli artıb və hətta iki-üç günlük infeksiyadan sonra yüngül simptomları olan gənclərin də həyatını itirməsi ilə bağlı xəbərlər yayılıb.
Son iki həftə ərzində İranın səhiyyə rəsmiləri, ölkədə COVID-19-la bağlı vəziyyətin mart ayında olduğu kimi, xəstəliyin kritik günlərinə yaxınlaşması ilə əlaqədar dəfələrlə xəbərdarlıq edərək, vətəndaşları sanitariya-gigiyena qaydalarına əməl etməyə çağırıblar.
Bununla belə, İranda insanların maskadan istifadə və sosial məsafəyə məhəl qoymadıqlarını sübut edən müxtəlif görüntülər yayılıb.
"COVID-19" teqi üzrə xəbərlər
- COVID-19-un daha bir qorxunc fəsadı üzə çıxdı
- Paşinyan Rusiyaya getmir - bəhanəsi var
- Zəiflik, əzələ və baş ağrıları: "Yüngül COVID"i soyuqdəymədən ayırmağın yolları açıqlandı
- Feminist "Yuva" maliyyə sxemlərinin qovşağı olub: 700 minlik oyun
- ÜST Konqoda sirli xəstəliyi araşdırır: 400-dən çox yoluxma, onlarla ölüm
Rəylər