İranın Xuzestan əyalətində "Bəndər-Emam" neft-kimya kompleksinin anbar işçisi Cəmşid Əsədi güclü istilər səbəbindən iş yerində həyatını itirib.
"Azad İran" "Telegram" kanalının xəbərinə görə, kompleksin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zöhrə Möttəqi xəbəri təsdiqləyib.
"Bu işçi əvvəllər xəstəlikdən əziyyət çəkib", - deyə o bildirib.
Qeyd edək ki, avqustun 11-də Xuzestanda temperatur 48°-yə çatıb. Ətraf Mühitin Mühafizəsi Departamentinin Mətbuat Xidmətinin rəhbərinin sözlərinə görə, əyalətin 13 şəhərində havanın çirklənmə səviyyəsi "qırmızı" və "narıncı" zonalarda olub.