Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İranda güclü zəlzələ: Ölənlər var - YENİLƏNİB
İranın qərbində baş verən zəlzələ nəticəsində zərərçəkənlərin sayı 310 nəfərə çatıb, üç nəfər həlak olub.
Bu barədə Oxu.Az İranın IRIB agentliyinə istinadla xəbər verir.
“Mehr” agentliyinin məlumatına əsasən, Kermanşah əyalətində 8 kənd elektrik enerjisindən məhrum olub. Bir çox yerlərdə içməli su qıtlığı müşahidə edilir.
10:16
İranın İraqla sərhədi yaxınlığında 6,1 bal gücündə zəlzələ baş verib.
Oxu.Az xəbər verir ki, ABŞ Geoloji Xidmət Mərkəzinin məlumatına görə, yeraltı təkanlar Kirmanşah şəhərindən 87,8 km aralıda qeydə alınıb.
Zəlzələ nəticəsində iki nəfər ölüb, 232 nəfər xəsarət alıb.
Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Al-Sumaria telekanalının məlumatına əsasən, yeraltı təkanları hətta Bağdad sakinləri də hiss ediblər.