Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İranda baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı açıqlanıb
İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Həftkel şəhərində baş verən zəlzələ nəticəsində 15 nəfər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə İranın səhiyyə nazirliyinin nümayəndəsi Məcid Süleyman məlumat verib.
Məlumat üçün əlavə edək ki, bu gün səhər saatlarından etibarən İranın müxtəlif ərazilərində 11 yeraltı təkan qeydə alınıb.
İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Həftkel şəhərində 5,6 bal gücündə zəlzələ baş verib.
Oxu.Az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Hələlik insan itkisi və dağıntılar barədə məlumat verilməyib.
"İran" teqi üzrə xəbərlər
- Rəsmi Tehran: "İran ABŞ ilə təzyiq altında nüvə sazişi üzrə danışıqlar aparmayacaq"
- İran prezidenti insanların ölkədən qaçmasına etiraz etdi: "Qalmalı və çətinliklərə dözməlisiniz"
- ABŞ İranla əlaqəli şəxslərə və şirkətlərə sanksiyalar tətbiq etdi
- Ukrayna tərəfindən zərərsizləşdirilən İran dronu ABŞ-də nümayiş etdiriləcək
- İranın parlament sədri: "Azərbaycanla ticarət dövriyyəsinin həcmini 5 milyard dollara çatdırmalıyıq"