İranın cənubunda yerləşən Lamərd şəhərində idman zalına endirilən zərbə nəticəsində 20-yə yaxın voleybolçu həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə SNN telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Bildirilir ki, Fars vilayətində yerləşən Lamərd şəhər dairəsinə ümumilikdə dörd raket düşüb. Hadisə nəticəsində təxminən 100 nəfər yaralanıb.
İranın cənubundakı Fars vilayətinin Lamərd şəhərində idman zalına endirilən zərbə nəticəsində 15-dən çox adam həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə İranın Dövlət Teleradio Şirkəti (IRIB) məlumat yayıb.
İlkin məlumata görə, hücum zamanı zalda uşaqlar oyun oynayıb və idmanla məşğul olublar.