İran hökuməti ölkənin bir sıra şəhərlərində iğtişaşlar zamanı saxlanılan vətəndaşların əksəriyyətini girov müqabilində sərbəst buraxıblar.
Oxu.Az-ın Fars agentliyinə istinadən xəbərinə görə, bu barədə İslam Respublikasının daxili təhlükəsizlik qüvvələrinin rəsmi nümayəndəsi Səid Montazar əl-Mehdi bəyan edib.
“Saxlanılan vətəndaşların əksəriyyəti sərbəst buraxılıb. İslam Respublikasının təhqir edən və iğtişaşların səbəbkarları isə məhkəmə qarşısına çıxarılacaqlar”, - o deyib.
Əl-Mehdi təsdiq edib ki, toqquşmalar zamanı İranda 20 nəfər ölüb, onların arasında güc strukturların əməkdaşı da var.