Türkiyə və Yunanıstan sosial şəbəkələrində Santa-Klausu evin damında gözləyən şəxsin görüntüləri yayılıb.
Oxu.Az-ın xəbərinə görə, video, bazar günü, yanvarın 7-də, “4chan” Telegram kanalında yerləşdirilib.
Kameraya danışan şəxs bildirir ki, bütün gecəni müqəddəs Vasiliyi (yunan dilində şaxta baba) gözləyəcək ki, onu dəyənəklə döyüb müsəlman etsin.
Video sosial şəbəkə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb v geniş müzakirələrə səbəb olub.