Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycanəsilli Məsud Pezeşkian İran prezidenti oldu
İslahatçı, azərbaycanəsilli Məsud Pezeşkian İranda keçirilən prezident seçkisinin ikinci turunda mühafizəkar Səid Cəliliyə qalib gəlib.
Bunu ölkənin Seçki Qərargahının rəsmi nümayəndəsi Mohsen Eslami açıqlayıb.
Onun IRIB telekanalında bildirdiyinə görə, 30,53 milyon bülletenin hamısının emalının nəticələrinə əsasən, müasir İran tarixində doqquzuncu seçilmiş prezident olan Pezeşkian 16,384 milyon səs toplayıb – bu, səslərin azı 53,6 faizidir.
İran liderinin respublikanın Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi, mühafizəkar Səid Cəlili 13,538 milyon - 44,3% səs toplayıb.
İranda keçirilən prezident seçkisində seçici fəallığı 49,8% təşkil edib.
"İranda prezident seçkisi" teqi üzrə xəbərlər
- İranın yeni seçilmiş prezidentinin andiçmə mərasiminin tarixi bəlli oldu
- İranda seçki bitdi: "Həkimin oğlu" türklərin dərdinə dərman ola biləcəkmi?
- Andrey Zeltın: "Pezeşkian Rəisinin siyasətini davam etdirməyəcək"
- İranda prezident seçkisinin nəticələri rəsmən təsdiqlənib
- İranda seçkinin gözlənilməz nəticəsi: Yeni prezident, yeni ümidlər
Rəylər