Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Özbəkistanda cütlük yeni ev almaq üçün körpəsini satışa çıxarıb
Özbəkistanda yeni doğulan övladını satmağa cəhd edən cütlüyə məhkəmədə hökm oxunub.
Məlumata görə, birlikdə yaşayan 35 yaşlı qadın və kişinin körpəsi dünyaya gəlib. Qadın sevgilisinə körpəni satıb, əldə etdiyi gəlirlə ev almaq istədiyini bildirib. Tezliklə uşağı götürmək istəyən bir adam tapılıb, qısa bir "bazarlıqdan" sonra uşağı 190 milyon soma (25 664 manat) satmağa razılaşıblar.
Ailə başçısı məbləğin birinci hissəsini alan zaman saxlanılıb. Cütlük barəsində uşaq alveri maddəsi ilə cinayət işi açılıb. Nəticədə o, beş il müddətinə, qadın isə dörd il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, kişinin yeddi uşağı olduğu üzə çıxıb. Onların kiminlə yaşadığı məlum deyil.
Mənbə: Gazeta.ru
"Özbəkistan" teqi üzrə xəbərlər
- Özbəkistan Gülnarə Kərimovadan daha 95 milyon dolları geri aldı
- Lavrov: "Miqrantların sayını azaltmaq Rusiyanın maraqlarına uyğun deyil"
- "Marsol Group" və partnyorlarının növbəti dəfə Özbəkistana işgüzar səfəri baş tutub
- Orta Asiya ölkələri Avropa İttifaqına yox desələr belə, heç nə itirməyəcəkdilər
- Azərbaycanda saxlanılan Özbəkistan vətəndaşı təhvil verilib