İranın Milli Polis Komandanı Əhməd Rza Radan ölkəyə qarşı fəaliyyətdə ittiham olunan 1 400-dən çox insanın həbs olunduğunu bildirib.
Oxu.Az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
Onun sözlərinə görə, ölkədə monarxiyanın (Pəhləvi sülaləsinin) bərpasının internetdə aktiv olan 700-dən çox tərəfdarı da saxlanılıb.
Bundan əlavə, təxminən 400 nəfər "məlumat ötürmə və əməliyyat fəaliyyətlərinin görüntülərinin yayılması" ittihamı ilə həbs edilib, 100-dən çox insan isə "silahlı və terrorçu qruplaşmalarla" əlaqələrinə görə saxlanılıb.