Keniyalı Con Korir Bostonda keçirilən 130-cu Boston marafonunun qalibi olub.
Oxu.Az championat.com.ua-ya istinadən xəbər verir ki, 29 yaşlı C.Korir 2:01:52 saat nəticə ilə finişə birinci çatıb.
O, bu nəticə ilə marafonun yeni rekordunu müəyyən edərək, Geofri Mutayın 2011-ci ildəki nailiyyətini 1 dəqiqə 10 saniyə qabaqlayıb.
Kişilər arasındakı yarışda ikinci və üçüncü yerləri müvafiq olaraq 34 yaşlı tanzaniyalı Alfons Simbu (2:02:47) və 35 yaşlı keniyalı Benson Kipruto (2:02:50) tutublar.