İranda sekta yaratmaqda ittiham edilən kişi və qadın edam ediləcək.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə “Tasnim” informasiya agentliyi məlumat yayıb.
“Onlar korrupsiyanı yaymaqda ittiham edilirlər və barələrində ölüm hökmü çıxarılıb. Onların əfv haqqında xahişlərinə Ali Məhkəmədə baxılır”, - Tehranın baş prokuroru Abbas Cafari Dolatabadi deyib.
“Yer üzündə korrupsiyanı yaymaq” anlayışı, müsəlmanların həyatına, imanına və mülkünə təhdidi özündə birləşdirir və İran İslam Respublikasında ölümlə cəzalandırılır.
N.О.
www.oxu.az