Müğənni Kəmalə Qaramollayeva uzun sürən müalicədən sonra ilk dəfə ana olub.
Oxu.Az xəbər verir ki, ifaçı bu barədə sosial şəbəkədə məlumat yayıb.
“Nəhayət, ən böyük arzuma çatdım. Allah olmayanlara qismət etsin. Dünyada heç nə ilə əvəz olunmayan hissdir. Oğul anası oldum”, - deyə müğənni vurğulayıb.
Qeyd edək ki, K.Qaramollayeva 2013-cü ildə ailə həyatı qurub.
A.S.