İranın Gilan əyalətinin Fumən şəhərində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən "Cənnət saatı" adlı layihə həyata keçirilib.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə SEPAH-ın komandiri Möhsün Cəfəri xəbər verib.
Bildirilir ki, layihə çərçivəsində xüsusi məkan yaradılaraq əsl atəş effekti ilə insanlara cəhənnəm səhnələri vizual şəkildə təqdim olunub.
Qeyd edək ki, hazırda İranda enerji böhranı, su qıtlığı və sosial azadlıqlarla bağlı bir sıra ciddi problemlər mövcuddur. Bəzi ictimai fəallar belə layihələrin mövcud problemlərin həlli baxımından önəmli olmadığını, əvəzində vətəndaşların gündəlik həyat şəraitinin yaxşılaşdırılmasına ehtiyac duyulduğunu bildirirlər.