Tehranda terroru törədənlərin şəxsiyyətləri müəyyənləşib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə İranın İnformasiya və Kəşfiyyat Nazirliyi açıqlama yayıb.
Fotoları yayılan 5 terrorçunun İŞİD qruplaşmasının üzvü olduğu təsbit edilib.
Nazirlik 5 şübhəlinin adlarını açıqlayıb: Kayyum, Əbu Cihad, Ramiya, Seriyas və Feridun. Ailələrinin təhlükəsizliyi baxımından onların soyadları açıqlanmayıb.
N.О.