Tehranda terror aktları qurbanlarının sayı 17 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə İLNA agentliyi məlumat yayıb.
Daha öncə 16 nəfərin öldüyü və 43 nəfərin yaralandığı barədə məlumat yayılmışdı.
İran DİN-in məlumatına görə, dünən terrorçulardan ibarət iki qrup İmam Xomeyni mavzoleyi və İran parlamenti ərazisində eyni zamanda terror aktı həyata keçirmişdi.
12:34
Tehranda baş vermiş terror hadisələri nəticəsində ölən və yaralananların sayı artıb.
Oxu.Az-ın APA-nın Tehran bürosuna istinadən verdiyi xəbərinə görə, İran Məhkəmə Tibbi Ekspertizasının rəhbəri Əhməd Şücai bildirib ki, terror nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.
O əlavə edib ki, ölənlərdən 3-ü qadındır.
Xatırladaq ki, ötən gün eyni vaxtda İran parlamentinə və İmam Xomeyni türbəsinə silahlı hücum olub.
16:32 (7.06.2017)
İranda terror aktları nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb, 39 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Oxu.Az xəbər verir ki, bu barədə Mehr Twitter-də məlumat yayıb.

13:18
Tehranda Milli Məclis və İmam Xomeyni mavzoleyində törədilən terror aktı nəticəsində 33 nəfər yaralanıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, yaralılar müxtəlif xəstəxanalara çatdırılıb. Onlardan ikisi xəstəxanada ölüb.
İranın Təcili Tibbi Yardım Xidməti yaralanan şəxslərin adlarını açıqlayıb. Onların arasında qadınlar da var.
Qeyd edək ki, bu gün eyni vaxtda İran parlamentinə və İmam Xomeyninin türbəsinə silahlı hücum olub. Parlamentə hücum nəticəsində 7 nəfər həlak olub. Silahlılar daha 4 nəfəri isə girov saxlayırlar. Xüsusi təyinatlılar onların xilas edilməsi üçün əməliyyat keçirir.
Xomeyninin mavzoleyinə hücum edən dörd nəfərdən biri özünü partladıb, bir nəfər isə kimyəvi maddə içərək özünü öldürüb. Mavzoleyə hücum nəticəsində xeyli yaralının olduğu bildirilir.
12:19
Bu gün İranın paytaxtı Tehranda ard-arda 3 terror aktı törədilib. Bu qanlı hadisələrdə çoxlu ölən və yaralananlar var.
Oxu.Az life.ru-ya istinadən terror hadisələrinin baş verdiyi ərazilərdən videoçəkilişi təqdim edir.
A.M.