Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İranda siyasi məhbus: "Hər dörd saatdan bir edamın şahidi oluruq"
"İranda hər dörd saatdan bir edamın şahidi oluruq".
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə 25 ildir Qızılhisar həbsxanasında saxlanılan və ölüm cəzasına məhkum edilən Səid Məsuri bəyan edib.
Onun sözlərinə görə, əvvəllər ayda, yaxud 10-15 gündən bir qarşılaşırdılarsa, indi gün ərzində bir neçə edamın şahidi olurlar.
Məsuri Milad bayramı günlərində təxminən 25 nəfərin dar ağacından asıldığını, yəni hər iki saat yarımdan bir edam həyata keçirildiyini vurğulayıb.
O, BMT Baş katibini, Avropa Komissiyası sədrini və Avropa İttifaqını İslam Respublikasında edamların qarşısını almaq üçün daha ciddi tədbirlər görməyə çağırıb.
Yeni ilin ilk günü İranın müxtəlif həbsxanalarında 15 məhbus dar ağacından asılıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı İranda İnsan Haqları Müdafiəçiləri Qrupuna (HRANA) istinadla xəbər verir.
Məlumata görə, Məlayir, Bəndər Abbas, Yasuc və Kərəcin Qızılhisar zindanlarında ölüm hökmləri icra edilən məhbuslar narkotik qaçaqmalçılığı və qətldə günahlandırılıblar.
Qeyd olunub ki, Qızılhisar həbsxanasında 10, Bəndər Abbasda üç, Məlayir və Yasuc zindanlarının hər birində isə bir məhbusun ölüm hökmü həyata keçirilib.
Rəylər