İran ərazisində bu gün Bakı vaxtilə 7:58-də maqnitudası 4,4 bal olan zəlzələ baş verib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Qazaxıstanın Geofizika Tədqiqatları İnstitutu məlumat yayıb.
Zəlzələ Şimali Xorasan əyalətində, yerin 83 kilometr dərinliyində qeydə alınıb.
Dağıntı və tələfatla bağlı məlumat verilmir.