"Zənginləşdirilmiş uran İranın milli sərvətidir və daxili tələbatlar üçün nəzərdə tutulub, buna görə də Tehran onun ölkə hüdudlarından kənara çıxarılmasına razılıq verməyəcək".
Oxu.Az-ın xəbərinə görə, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi "Al-Mayadeen" telekanalına müsahibəsində bildirib.
"Biz ölkədən zənginləşdirilmiş nüvə materialının bir hissəsinin belə çıxarılmasına icazə verməyəcəyik", - deyə Rzayi vurğulayıb.
O qeyd edib ki, İran hökuməti daha əvvəl Rusiyanı onun təşəbbüsünə cavab olaraq zənginləşdirilmiş uranı ölkə daxilində saxlamaq qərarı barədə məlumatlandırıb.
"Biz rusiyalı dostlarımıza bildirdik ki, zənginləşdirilmiş uran İranda qalacaq və ondan özümüz istifadə edəcəyik", - deyə Möhsün Rzayi qeyd edib.
Şuranın katibi bildirib ki, nüvə yanacağı layihələndirilən atom gəmiləri və sualtı qayıqlar üçün lazım olacaq. O, ABŞ-yə xəbərdarlıq edib ki, İrana qarşı yeni hücumları ucqar ABŞ hərbi bazalarına zərbələrlə qarşılanacaq.
Rzayi həmçinin müsahibəsində ABŞ-nin Qətərdə aparılan danışıqlar barədə iddialarını təkzib edib.