Son günlər xarici nömrələr vasitəsilə "AzParking" adından vətəndaşlara ödənilməmiş parklanma haqqı ilə bağlı saxta mesajların göndərilməsi və şübhəli keçidlərə yönləndirilməsi halları müşahidə olunur.
"AzParking" vətəndaşların nəzərinə çatdırır ki, xarici nömrələrdən gələn bu cür bildirişlər kiberdələduzluq xarakteri daşıyır. Vətəndaşlardan xahiş olunur ki, həmin saxta mesajlara etibar etməsinlər və şübhəli linklərə daxil olmasınlar.
Nəzərinizə çatdırırıq ki, "1181" qısa nömrəsi xaricində parklanma ilə bağlı daxil olan digər bildirişlər etibarsızdır.