Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İranın neft tankerləri saxta İraq sənədləri ilə sanksiyalardan yan keçir
İraqın neft naziri Həyan Əbdülğəni bəyan edib ki, İran tankerləri İraqa aid edilən saxta sənədlərdən istifadə edərək sanksiyalardan yayınır.
"Azad İran" "Telegram" kanalı bu barədə xarici KİV-ə istinadən xəbər verib.
O, İraq hökumətinin bu məsələ ilə bağlı ABŞ-ni məlumatlandırdığını və bu sənədlərin İraqın rəsmi qurumları ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb.
"İran neft tankerləri ABŞ sanksiyalarının gücləndirilməsi ilə birlikdə və Amerika hərbi və nəzarət gəmiləri tərəfindən aşkarlanmamaq məqsədilə saxta İraq sənədlərindən və ya bu ölkəyə aid sənədlərdən istifadə edirlər", - deyə nazir vurğulayıb.
"İraq" teqi üzrə xəbərlər
- İraqda qum fırtınası: İnsanlar nəfəs almaqda çətinlik çəkiblər
- İraqda İrana bağlı "Həşdi-Şəəbi" qüvvələrinin rəhbəri silahı yerə qoyduqlarını açıqladı
- İraqda İranın dəstəklədiyi silahlılar tərksilah olmağa hazırlaşırlar
- Tramp İraqda İŞİD liderinin məhv edildiyini bildirib
- İraqda dünyanın ən təhlükəli terrorçularından biri öldürüldü