ABŞ və İsrailin zərbələri nəticəsində həlak olan İranın keçmiş dini lideri Əli Xamenei üçün İranın Qum şəhərində vida mərasimi keçirilir.
Oxu.Az xəbər verir ki, bu barədə "Sputnik Türkiye" məlumat yayıb.
Məlumata görə, sübh tezdən start götürən tədbirə əllərində bayraqlar və plakatlar tutaraq gələn minlərlə vətəndaş Cəmkəran Məscidindən Həzrət Məsumə ziyarətgahına qədər uzanan küçələrə axışıb.
Cənazə, daha sonra İraqa aparılacaq, Nəcəf və Kərbəla şəhərlərində də mərasim keçiriləcək.
Xameneinin cənazəsi ardınca Məşhəd şəhərinə gətiriləcək və yekun vida mərasimi iyulun 9-u, cümə axşamı məhz bu ərazidə reallaşacaq.
Həmin tədbir başa çatdıqdan sonra cənazə İmam Rza türbəsində onun üçün müəyyən edilmiş xüsusi məkanda torpağa tapşırılacaq.